Ana səhifə›
XƏBƏRLƏR
›
Bəzi çaylarda sululuq artıb
XƏBƏRLƏR
Bəzi çaylarda sululuq artıb
Ekologiya
AMP
Avtomat hidroloji stansiyaların aprelin olan məlumatına əsasən, bəzi çaylarda sululuq artıb.Ekologiya.az xəbər verir ki, Böyük Qafqaz ərazisindən axan Qarasuçay-Zərdabda 9 sm, Əyriçay-Ağyazıda 5 sm, Kiçik Qafqaz ərazisindən axan Gəncəçay-Zurnabadda 2 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay-Sifidorda 8 sm, Təngərüdçay-Vaqoda 6 sm artım qeydə alınıb.Transsərhəd çaylarda Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 2 sm artıb, su sərfi 160 m3/san olmaqla normanın 90%-ni təşkil edir.