Ana səhifə›
XƏBƏRLƏR
›
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi
XƏBƏRLƏR
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi
Ekologiya
AMP
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq paytaxtın Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.Bu barədə Ekologiya.az -a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.Bununla bağlı Mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik olunub.Eyni zamanda tablolarda "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.