Ana səhifə›
XƏBƏRLƏR
›
Sabah Bakıda havanın temperaturu 25 dərəcəyədək yüksələcək
XƏBƏRLƏR
Sabah Bakıda havanın temperaturu 25 dərəcəyədək yüksələcək
Ekologiya
AMP
Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.Bu barədə Ekologiya.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, mayın 5-dən 6-na keçən gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 14-17° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 11-16° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-7° isti, gündüz 7-10° isti olacaq.