Tam versiya
Ana səhifə XƏBƏRLƏR Qanunsuz ov alətlərinin su hövzələrindən yığışdırılması məqsədilə növbəti nəzarət tədbirləri keçirilib
XƏBƏRLƏR

Qanunsuz ov alətlərinin su hövzələrindən yığışdırılması məqsədilə növbəti nəzarət tədbirləri keçirilib


Ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna tətbiq edilmiş moratoriumla əlaqədar qanunsuz balıq ovunun qarşısının alınması, balıq və digər su bioresurslarının ovunda istifadə olunan qanunsuz ov alətlərinin su hövzələrindən yığışdırılması məqsədilə növbəti nəzarət tədbirləri keçirilib.


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı və Sumqayıt şəhərləri, Lənkəran, Xaçmaz, Şabran və Siyəzən rayonları akvatoriyasından, Kür, Araz çaylarından, Mingəçevir, Şəmkir su anbarlarından, Baş Mil-Muğan və Yuxarı Mil-Qarabağ kollektorlarından ümumilikdə 7912 metr uzunluğunda 143 ədəd sintetik tor və istifadəsi qadağan olunmuş digər ov alətləri aşkar edilərək götürülüb.


Xatırladaq ki, balıqların kürütökmə dövrü ilə əlaqədar ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna tətbiq edilmiş moratorium sentyabrın 1-dək davam edəcək. Ekologiya.az
Paylaş:
Tam mətni oxu →