Ayla bağlı yeni qanunvericilik tələb olunur
Bir çox şirkətlər yaxın illərdə Aya getmək üçün rəqabət apardıqca, elm adamları peykin ehtiyatsız istismarının geri qaytarılmayacaq zərər verə biləcəyindən narahatdırlar.
Ekologiya.az xəbər verir ki, səyahətlərin əksəriyyətinin məqsədi Aydan minerallar, su və digər ehtiyatların çıxarılması yolu ilə orada yaşayış üçün əlverişli baza yaratmaqdır. Ancaq Ayın səthində heç bir məhdudiyyət olmadan aparılacaq bu işlər qravitasiya dalğaları ilə bağlı araşdırmalara, qara dəliklərin müşahidələrinə və uzaq ulduzlarda həyat axtarışına zərər verə bilər.
Bu səbəbdən Beynəlxalq Astronomiya İttifaqı tərəfindən yaradılan, Arizona Universitetindən Riçard Qrinin başçılıq etdiyi qrup BMT-də məsələ ilə bağlı iclas keçirmək istəyir. Danışıqların məqsədi yerdənkənar resurslardan istifadə ilə bağlı qanunvericiliyin gücləndirilməsidir.
ABŞ aliminin gündəmə gətirdiyi kraterlərdə daim soyudulması lazım olan infraqırmızı teleskopların tikilə, və buradan uzaq ulduzların müşahidə oluna biləcəyi düşünülür. Kraterlərdə buz halında su olması da mümkündür. Bu, onları Aya gedən şirkətlər üçün əvəzolunmaz edir.
Paylaş:
Tam mətni oxu →