Tam versiya
Ana səhifə XƏBƏRLƏR “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə məktəblilər də öz töhfəsini verir- FOTO
XƏBƏRLƏR

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə məktəblilər də öz töhfəsini verir- FOTO


“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə məktəblilər də öz töhfəsini verir.

 ”Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 59 nömrəli tam orta məktəbin şagirdləri 7 kq işlənmiş batareya toplayaraq təhvil veriblər.

 Eyni zamanda, məktəbin həyətində ekokönüllülərin iştirakı ilə şagirdlərlə birgə ağacəkmə aksiyası da həyata keçirilib.

Qeyd edək ki, keçən ilin aprel ayında məktəb şagirdlərinin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, tullantıların düzgün idarə edilməsi prosesinə cəlb olunması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 59 nömrəli tam orta məktəbdə maarifləndirici görüş keçirilib və işlənmiş batareyalar üçün toplama qutusu təqdim edilib. 

Həmin vaxtdan etibarən şagirdlər mütəmadi olaraq batareyaları toplayıb təhvil verirlər.





Paylaş:
Tam mətni oxu →