Ana səhifə›
XƏBƏRLƏR
›
Leysan olacaq, dolu düşəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ
XƏBƏRLƏR
Leysan olacaq, dolu düşəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ
Ekologiya
AMP
Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin mayın 17-dək fasilələrlə davam edəcəyi, şimşək çaxacağı gözlənilir.Bu barədə Ekologiy.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.