Ana səhifə›
XƏBƏRLƏR
›
SƏRƏNCAM: Azərbaycanda yeni hərbi prokuroru kimdir? - DOSYE
XƏBƏRLƏR
SƏRƏNCAM: Azərbaycanda yeni hərbi prokuroru kimdir? - DOSYE
Ekologiya
AMP
Baş prokurorun müavini Bəhruz Vidadi oğlu Əhmədov Azərbaycanın Hərbi prokuroru təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Bəs Bəhruz Əhmədov kimdir?Ekologiya.az xəbər verir ki, o, 4 iyul 1984-cü ildə Neftçala rayonunda anadan olub. Bakı Dövlət Üniversitetinin hüquq fakültəsini bitirib.2018-ci ildə Qazax rayonunun Hərbi prokuroru olub. 2020-ci ildə Ədliyyə polkovnik-leytenantı Bəhruz Əhmədov Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsinin rəisi vəzifəsinə təyin edilib.2021-ci ildə Hərbi Prokurorluğun İstintaq İdarəsinin rəisi Polkovnik Bəhruz Əhmədov "Vətən uğrunda" medalı ilə təltif edilib.