Tam versiya
Ana səhifə XƏBƏRLƏR Naxçıvanda avtomobil yoluna düşən qaya parçaları hərəkəti məhdudlaşdırıb
XƏBƏRLƏR

Naxçıvanda avtomobil yoluna düşən qaya parçaları hərəkəti məhdudlaşdırıb


Naxçıvanda avtomobil yoluna düşən qaya parçaları hərəkəti məhdudlaşdırıb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Cəhri-Buzqov avtomobil yolunun 15-18-ci km-lik hissəsində qeydə alınıb.

Güclü yağışlar nəticəsində qaya parçaları qoparaq yolun hərəkət hissəsinə düşüb və avtomobillərin hərəkətini məhdudlaşdırıb.

Sözügedən yolda yaranmış problemlə bağlı əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin texnika və canlı qüvvəsi cəlb edilib.

Yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyinin təmin olunması üçün işlər davam etdirilir.

Paylaş:
Tam mətni oxu →