Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin avtobusu qəzaya uğradı - XƏSARƏT ALAN VAR
Yevlaxda Şamaxı rayonu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin avtobusu qəzaya uğrayıb.
Ekologiya.az-ın xəbərinə görə, hadisə Yevlax rayon Nemətabat kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü Ramin Qarayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin avtobusu ilə hərəkətdə olarkən 1974-cü il təvəllüdlü Söhrab Süleymanovun idarə etdiyi “Niva” markalı minik maşını ilə toqquşub.
Nəticədə “Niva” markalı avtomobildə olan sürücünün 1977-ci il təvəllüdlü həyat yoldaşı xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.//Qafqazinfo
Paylaş:
Tam mətni oxu →