Tam versiya
Ana səhifə XƏBƏRLƏR Şərurun Təzəkənd avtomobil yolunda əsaslı təmir işləri aparılır
XƏBƏRLƏR

Şərurun Təzəkənd avtomobil yolunda əsaslı təmir işləri aparılır


Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Şərur rayonunun Təzəkənd avtomobil yolunda əsaslı təmir işləri həyata keçirilir.


Agentliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, uzunluğu 6,3 kilometr olan yolun 4,5 kilometrlik hissəsinə artıq ikinci qat asfalt örtüyü verilib.


Hazırda yolun digər hissəsində tikinti, infrastruktur işləri davam etdirilir.

Paylaş:
Tam mətni oxu →