Tam versiya
Ana səhifə XƏBƏRLƏR Hirkan Milli Parkının ərazisində yanğın olub
XƏBƏRLƏR

Hirkan Milli Parkının ərazisində yanğın olub


Lerikdə meşə sahəsində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Lerik rayonunun Gürdəsər kəndi yaxınlığında Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə 9,8 hektar və Hirkan Milli Parkının ərazisində 0,2 hektar sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb.

Nazirliyin yanğından mühafizə bölmələri mürəkkəb relyef şəraitində əsasən əl əməyindən istifadə edərək yanğını söndürüblər.

Ətraf ərazilər yanğından mühafizə olunub.

Paylaş:
Tam mətni oxu →