Ana səhifə›
XƏBƏRLƏR
›
Salyanda qəbiristanlıq yanıb
XƏBƏRLƏR
Salyanda qəbiristanlıq yanıb
Ekologiya
AMP
Salyan rayonunda qəbiristanlıq yanıb.“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Ərəbqardaşbəyli kəndində qeydə alınıb.Belə ki, yaxınlıqda olan kol-kosda yanğın başlayıb. Küləkli hava olduğundan alov kənd qəbiristanlığına keçib.Hadisə yerinə FHN-nin Salyan Yanğından Mühafizə Hissəsinə məxsus yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb edilib.Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb. Buna baxmayaraq, qəbiristanlıqla birlikdə 5 hektar sahə yanıb.Faktla bağlı araşdırma aparılır.