Tam versiya
Ana səhifə XƏBƏRLƏR DİN sosial şəbəkədə yayılan görüntülərlə bağlı araşdırmaya başlayıb
XƏBƏRLƏR

DİN sosial şəbəkədə yayılan görüntülərlə bağlı araşdırmaya başlayıb


Sosial şəbəkələrdə şəhid plakatına hörmətsizlik etdiyi deyilən şəxsin şəhid anası tərəfindən döyülməsi ilə bağlı görüntülər yayılıb.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin regional qrupundan Musavat.com-un sorğusuna cavab olaraq bildirilib ki, tərəflər arasında olan mübahisə Füzuli Rayon Polis Şöbəsində araşdırılır.

“Sosial şəbəkələrdə yayılan görüntülərdən məlumatlıyıq. Mübahisə tərəflərinin əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcəkdir”, -deyə DİN-dən bildirilib.

Paylaş:
Tam mətni oxu →