Dayanıqlı gələcək naminə dövriyyəli və davamlı istehsal və istehlaka keçid vacibdir!
Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) məlumatına əsasən, qlobal istixana qazlarının 2-8%-i, habelə okeanlara düşən mikroplastik çirklənməsinin 9%-i moda və tekstil sənayesinin payına düşür. Bu sənaye həmçinin hər il 215 trilyon litr su istehlak edir ki, bu da təxminən 86 milyon Olimpiya ölçülü üzgüçülük hovuzuna bərabərdir.