DETX -nin əməkdaşları bu rayonlarda yaşıllıqların məhv edilməsini aşkarladı
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Şabran və Xaçmaz rayonlarının inzibati ərazisində yaşıllıqların məhv edilməsi faktı aşkar olunub.
Ekologiya.az bildirir ki, araşdırma zamanı Şabran rayonu Rəhimli kəndinin inzibati ərazisində həmin kənd sakini Məmmədov Səməndər tərəfindən 1 ədəd, Xaçmaz rayonu Qusarçay kəndinin inzibati ərazisində həmin kənd sakini Eldarov Fuad tərəfindən 7 ədəd ağacın kəsildiyi müəyyən edilib.