SON DƏQİQƏ! Baş Prokurorluq açıqlama yaydı: Cinayət işi açıldı
Əsgərin ölməsi faktı üzrə cinayət işi başlanıb.
Ekologiya.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Qeyd olunub ki, N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Fariz İsayevin ölüm faktı əsasında Sumqayıt Hərbi Prokurorluğunun və Azərbaycan Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər prosessual hərəkətlər icra edilib.
Faktla bağlı Sumqayıt Hərbi Prokurorluğunda cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.
Paylaş:
Tam mətni oxu →