Bakıda və Abşeron yarımadasında sulu qar, rayonlarda isə yağıntılı hava şəraiti davam edir
Yanvarın 10-u saat 18:00-a olan məlumata əsasən Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti davam edir.
Bu barədə Ekologiya.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Belə ki, Bakıda və Abşeron yarımadasında sulu qar yağır.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Aran rayonlarında tempratur enib, Naxçıvan MR-da 2-8 dərəcə isti, dağlıq rayonlarda 0 dərəcəyə yaxın, yüksək dağlıq ərazilərdə isə 5 dərəcəyədək şaxta qeydə alınıb.
Bildirilib ki, Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur.
Bərdə, Naftalan, İmişli, Qazıməmməd, Biləsuvar, Yardımlı, Lerik, Oğuz, Qusar, Quba, Sarıbaş, Şəki, Gədəbəy, Şamaxı, İsmayıllı, Ağdam, Xaltan, Qax, Sabirabad, İmişli, Cəfərxan, Qəbələ, Qobustan, Tərtər, Şirvan, Mingəçevirdə qar, Zaqatala, Balakən, Yevlax, Tovuz, Şəmkir, Göyçay, Ağstafa, Neftçala, Zərdab, Beyləqan, Lənkəran, Astara, Gəncə, İsmayıllı, Naxçıvan, Şahbuz, Ceyrançöl, Kürdəmirdə isə yağış yağır. Sumqayıt, Şərur, Daşkəsən, Şəki, Qax, Şamaxı, Qrızda duman müşahidə olunur.
Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 15-18 m/s, Beyləqanda 22 m/s, Naftalan, Balakən, Zaqatalada 18 m/s, Mingəçevirdə 17 m/s, Biləsuvarda 16 m/s-yə çatır. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.5 metrdir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 5, dağlıq rayonlarda 2 dərəcəyədək isti, Naxçıvan MR-da 5-7 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 7 dərəcəyədək şaxta qeydə alınıb.
Paylaş:
Tam mətni oxu →