Tam versiya
Ana səhifə XƏBƏRLƏR Qarabağ və Şərqi Zəngəzur üzrə quraşdırılan elektrik doldurma məntəqələrinin sayı məlum olub
XƏBƏRLƏR

Qarabağ və Şərqi Zəngəzur üzrə quraşdırılan elektrik doldurma məntəqələrinin sayı məlum olub


2023-cü illə müqayisədə respublika üzrə 291 məntəqədə 608 ədəd elektrik doldurma cihazı quraşdırılıb.

Trend xəbər verir ki, bunu Daxili işlər nazirinin müavini, polis general-leytenantı Oqtay Kərimov "Yaşıl nəqliyyat biznesi: imkanlar və perspektivlər” mövzusunda bu gün Bakıda keçirilən ictimai müzakirədə deyib.


"Onlardan 160 məntəqə üzrə 426-sı Bakı şəhərində, 17 məntəqə üzrə 17-si Qarabağda, 2 məntəqə üzrə 4-ü Şərqi Zəngəzurda, 101 məntəqə üzrə 161-i digər ərazilərdədir.

Həmin cihazlardan 46 məntəqə üzrə 130-u "Azərişıq" ASC-də, 245 məntəqə üzrə 478-i isə digər fiziki və hüquqi şəxslərə məxsusdur", - o bildirib.

Paylaş:
Tam mətni oxu →