Tam versiya
Ana səhifə XƏBƏRLƏR Naxçıvanda istirahətə gedən tələbələr qəzaya düşdü - ÖLƏN VAR
XƏBƏRLƏR

Naxçıvanda istirahətə gedən tələbələr qəzaya düşdü - ÖLƏN VAR


Ötən gün Naxçıvanda 1 nəfər tələbənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az-ın əldə etdiyi məlumata görə, hadisə Naxçıvan-Şahbuz magistiral yolunun Uzunoba kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, istirahət üçün Batabat yaylağına gedən bir qrup tələbə qəzaya düşüb.

Qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Xəsarət alanlar Naxçıvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Paylaş:
Tam mətni oxu →