Tam versiya
Ana səhifə XƏBƏRLƏR Vaşinqton meri Azərbaycanın Müstəqillik Günü ilə bağlı bəyannamə imzalayıb
XƏBƏRLƏR

Vaşinqton meri Azərbaycanın Müstəqillik Günü ilə bağlı bəyannamə imzalayıb


Vaşinqton şəhərinin meri Myuriel Bauzer Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-cı ildönümü ilə bağlı 2025-ci il 28 may tarixini Vaşinqton şəhərində Azərbaycanın Müstəqillik Günü elan edib və bununla bağlı bəyannamə imzalayıb.

AZƏRTAC-ın məlumatına görə, bəyannamədə 2025-ci ildə həm də Azərbaycanda müstəqilliyin bərpasından 34, ABŞ və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından 33 il keçdiyi bildirilir. “Azərbaycan qadınlara kişilərlə bərabər hüquqlar, o cümlədən səsvermə hüququ verən ilk müsəlman ölkəsidir. Biz burada Azərbaycan səfirliyinin mövcudluğu və Azərbaycan icmasının bütün vətəndaşlar üçün azadlıq, bərabərlik və ədalət prinsiplərinə sadiqliyi ilə daha da zənginləşdik”,- deyə bəyannamədə qeyd olunur.

Paylaş:
Tam mətni oxu →