Ana səhifə›
XƏBƏRLƏR
›
1.93 manata satılan qala ilə bağlı maraqlı faktlar
XƏBƏRLƏR
1.93 manata satılan qala ilə bağlı maraqlı faktlar
Ekologiya
AMP
Finlandiyanın Kotka şəhəri yaxınlığında yerləşən Kyumeneqorod qalası şəhər rəhbərliyi tərəfindən rəmzi qiymətə 1 avroya (təxminən 2 manat) alınaraq turizm və mədəniyyət mərkəzinə çevriləcək.Milli.Az xəbər verir ki, qala 18-ci əsrdə Rusiya-İsveç müharibəsi dövründə müdafiə məqsədilə tikilib. Müharibədən sonra hərbi əhəmiyyətini itirən istehkam sonradan qaçqın düşərgəsi, xəstəxana və təlim sahəsi kimi istifadə olunub. Sonuncu dəfə 2005-ci ildə istifadə edilib və illərlə baxımsız qalıb.Yeni plana əsasən, ərazidə muzey, sərgi və tədbir sahələri yaradılacaq və qala yaxın illərdə ictimaiyyətə açılacaq.