Bu rayonlarda çınqıl-qum qarışığının qanunsuz götürülməsi faktı aşkarlanıb
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Astaraçay çayının Astara rayonu İstisu kəndinin inzibati ərazisindən keçən hissəsində, Lerik rayonu Mastail kəndinin inzibati ərazisində qum-çınqıl karxanalarından, ümumilikdə 34 m3 həcmində çınqıl-qum qarışığının qanunsuz götürülməsi faktı müəyyən edilib.