Tam versiya
Ana səhifə XƏBƏRLƏR Xocəsən qəsəbəsindəki yanğın söndürülüb
XƏBƏRLƏR

Xocəsən qəsəbəsindəki yanğın söndürülüb


Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində quru otluq sahədə baş vermiş yanğın yanğınsöndürənlər tərəfindən tam söndürülüb.

Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, yanğın nəticəsində 12 hektar sahədə quru ot və kol-kos yanıb.

Ərazidəki ağaclar və ictimai iaşə obyektləri yanğından mühafizə olunub.

Paylaş:
Tam mətni oxu →