Tam versiya
Ana səhifə XƏBƏRLƏR Yüksək dağlıq ərazilərdə 5°-dək şaxta qeydə alınıb
XƏBƏRLƏR

Yüksək dağlıq ərazilərdə 5°-dək şaxta qeydə alınıb


Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, Quba, Qobustan, Yevlax, Kürdəmir, Şamaxı, Beyləqan, Gədəbəy, Hacıqabul, Mingəçevir, Naftalan, Şəmkir, Sabirabad, Xaltan, Zərdab, Daşkəsən, Goranboy, Yardımlı, Qax, Göygöl, Salyan, İmişli, İsmayıllı, Biləsuvar, Ağdam, Şəki, Cəfərxanda qar, Zaqatala, Gəncə, Göyçay, Lənkəran, Astara, Neftçala, Şərur, Ordubad, Culfa, Şahbuz, Oğuz, Balakəndə isə yağış yağır.

Şəki, Quba, Oğuz, Xaltan, Daşkəsən, Lerik, Göygöl, Qax, Hacıqabul, Şamaxıda duman müşahidə olunur.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Aran rayonlarında 4°-dək isti, Naxçıvan Muxtar Respublikasında 2-8° isti, dağlıq rayonlarda 0°-yə yaxın, yüksək dağlıq ərazilərdə isə 5°-dək şaxta qeydə alınıb.

Paylaş:
Tam mətni oxu →