Tam versiya
Ana səhifə XƏBƏRLƏR Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb
XƏBƏRLƏR

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb


Milli Hidrometeorologiya Xidməti çaylarda müşahidə edilən faktiki vəziyyət barədə məlumat yayıb.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, avtomat hidroloji stansiyaların iyunun 3-ü saat 9:00-a olan məlumatına əsasən Böyük Qafqaz ərazisindən axan Əyriçayda 6, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçay və Gəncəçayda 2, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 11 santimetr artım müşahidə olunub. Kür çayının aşağı axınında Kür-Yevlaxda 6, Araz çayının yuxarı axınında isə 16 santimetr qeydə alınıb.

Paylaş:
Tam mətni oxu →