İyunun 3-ü saat 16:00-a olan məlumata əsasən ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir.
Bu barədə Ekologiya.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Kəlbəcər, Xankəndi, Laçın, Şuşa, Xocalı, Ağdərə, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Tovuz, Balakən, Qax, Zaqatala, Şamaxı, İsmayıllı, Şəki, Xınalıq, Qusar, Oğuz, Mingəçevir, Goranboy, Tərtər, Yevlaxda arabir şimşək çaxır, leysan xarakterli yağış yağır.
Şahdağa isə qar yağması müşahidə edilir.
Oğuz rayonunun Başdaşağıl kəndinə saat 15:00 radələrində diametri 5 millimetr olan dolu düşüb. Gədəbəy rayonunun Düzyurd kəndinə də dolu yağıb.
Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Ağdamda 18, Kəlbəcərdə 17, Bakıda və Abşeron yarımadasında arabir saniyədə 25 metrəyə çatır.