Quru sərhədləri ilə bağlı mühüm açıqlama – Yayda..
Qatar niyə fəaliyyətə başlamadı? İctimaiyyətə nə zaman aydın məlumat veriləcək?
“Azərbaycan isə səssizliyini qorudu, nə təsdiq, nə də təkzib etdi. Ona görə də 26-28 may tarixlərində quru sərhədlərin açılmayacağı məlum idi. Bu, “Azərbaycan Dəmir Yolları” QSC-nin səlahiyyətində olan bir şey deyil. Məsələ ilə bağlı Nazirlər Kabineti qərar verməlidir. Çünki quru sərhədləri karantin rejimi səbəbi ilə bağlanıb. Bu müddət iyulun 1-nə kimi uzadıldığına və şərtlər qüvvədə qaldığına görə o vaxta qədər quru sərhədlərin açılmasından söhbət gedə bilməz”.
“Artıq yay ayları başlayır. Bu, həm qarşılıqlı turist axınını tənzimləyər, həm də kənd təsərrüfatı məhsullarının ticarətinə, kiçik biznesin fəaliyyətinə töhfə verərdi. Qadağanın götürülməsi iqtisadi fəallığa da səbəb olar. Bu istiqamətdə təhlükəsizlik məsələləri də vurğulanır. Hesab edirəm ki, müvafiq qurumlar bu təhdidlərin qarşısını ala biləcək gücdədir”.