Ana səhifə›
XƏBƏRLƏR
›
Həftəsonu xeyli sayda silah-sursat aşkarlanıb
XƏBƏRLƏR
Həftəsonu xeyli sayda silah-sursat aşkarlanıb
Ekologiya
AMP
İyunun 7-də və 8-də polis əməkdaşları növbəti əməliyyat tədbirləri həyata keçirib.Ekologiya.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, əməliyyat tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən Bakı şəhəri və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 2 qumbara, 1 qumbaraatan, 2 alışdırıcı, 4 tüfəng, 12 patron darağı və 2176 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.