• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • DƏHŞƏTLİ PARTLAYIŞ - Ölən və yaralananlar var

    10

    iyn

    DƏHŞƏTLİ PARTLAYIŞ - Ölən və yaralananlar var

    İranın Nətənz şəhəri yaxınlığında yerləşən Xalidabad poladəritmə zavodunda karbon qazı balonunun partlaması faciə ilə nəticələnib.

    Musavat.com xəbər verir ki, hadisə zamanı 1 nəfər həlak olub, daha 7 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

    Məlumata görə, həm ölən, həm də yaralanan şəxslərin Əfqanıstan vətəndaşları olduğu bildirilir. Yaralılar dərhal yaxınlıqdakı tibb müəssisələrinə çatdırılıb. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

    Tarix : 10-06-2025, 09:06 | Oxunub: 512