Tam versiya
Ana səhifə XƏBƏRLƏR Təkər tullantıları toplanan ərazidə güclü yanğın baş verib
XƏBƏRLƏR

Təkər tullantıları toplanan ərazidə güclü yanğın baş verib


Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində təkər tullantıları toplanan ərazidə baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Paylaş:
Tam mətni oxu →