Ana səhifə›
XƏBƏRLƏR
›
Bakıda texnika qaz xəttini zədələyib, bəzi yerlərdə qaz təchizatı dayandırılıb
XƏBƏRLƏR
Bakıda texnika qaz xəttini zədələyib, bəzi yerlərdə qaz təchizatı dayandırılıb
Ekologiya
AMP
Səbail rayonu, Badamdar qəsəbəsində asfalt qaşıyan texnika yeraltı orta təziqli qaz xətti zədələyib."Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.Qaz sızmasının qarşısını almaq məqsədi ilə qaz təchizatı dayandırılıb. A.Məmmədov, Z.Yusifzadə, Əlibəyov, L.Babayev, Ə.Nəzmi, M Useynov, Q.Abbasov, Xanlar, S.Qədimova küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.