Tam versiya
Ana səhifə XƏBƏRLƏR Sintetik torların su hövzələrindən yığılması həyata keçirilib
XƏBƏRLƏR

Sintetik torların su hövzələrindən yığılması həyata keçirilib


Qanunsuz balıq ovunun qarşısının alınması, balıq və digər su bioresurslarının ovunda istifadə olunan qanunsuz ov alətlərinin su hövzələrindən yığışdırılması məqsədilə təşkil olunan tədbirlər çərçivəsində sintetik torların su hövzələrindən yığılması həyata keçirilib.


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xəzər dənizinin Xaçmaz, Siyəzən və Şabran rayonlarının inzibati ərazisindəki akvatoriyasından ümumilikdə 975 metr uzunluğunda 18 ədəd sintetik tor və istifadəsi qadağan olunmuş digər ov alətləri aşkar edilərək götürülüb. Ekologiya.az
Paylaş:
Tam mətni oxu →