Nazir müavini: Ermənilər işğal dövründə 54 min hektar meşə sahəsini məhv edib
Onun sözlərinə görə, ərazilər işğaldan azad olunandan sonra aparılan monitorinqlər zamanı müəyyən olunub ki, işğal zamanı 54 min hektar meşə sahəsi məhv edilib.
İşğaldan sonra 300 hektar ərazidə bərpa işləri aparılıb. Hazırda 240 hektar ərazidə bərpa işləri gedir.
Qeyd edilib ki, ərazilərin böyük hissəsi minalarla çirkləndirildiyi üçün bərpa işlərini sürətlə aparmaq mümkün olmur.