Tam versiya
Ana səhifə XƏBƏRLƏR FHN yenidən inşa edilən qanunsuz tikilini söküb
XƏBƏRLƏR

FHN yenidən inşa edilən qanunsuz tikilini söküb


Fövqəladə Hallar Nazirliyi yenidən inşa edilən qanunsuz tikilini söküb

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib


Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yerli bölməsi Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində ötən ay söküntüsü aparılmış qanunsuz tikintinin fiziki şəxs Əliyev Seymur Həsən oğlu tərəfindən yenidən davam etdirilməsi faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və Ağcabədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

Paylaş:
Tam mətni oxu →