Tam versiya
Ana səhifə XƏBƏRLƏR Azərbaycanın ərazi sularında üzən gəmilərə XƏBƏRDARLIQ
XƏBƏRLƏR

Azərbaycanın ərazi sularında üzən gəmilərə XƏBƏRDARLIQ


Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı Azərbaycanın ərazi sularında üzən gəmilərə xəbərdarlıq edib.

Yanvarın 13-ü səhər saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi yanvarın 14-ü səhərədək davam edəcək.

Küləyin sürəti 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə arabir 30-32 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyü: 3,0-4,0 m, sonrakı inkişafda 4,5-6,5 m çatacağı proqnozlaşdırılır.

Bu hidrometeoroloji hadisə haqqında məlumat Agentliyin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinə daxil olan kimi mütəxəssislərimiz tərəfindən təhlil olunub və  gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri məlumatlandırılıb.

Həmçinin, neft-qaz platformalarına aid olan qurumlara, lövbərdə dayanan və hərəkətdə olan gəmilərə də məlumatlar ötürülüb.

Paylaş:
Tam mətni oxu →