Tam versiya
Ana səhifə XƏBƏRLƏR Küləkli hava şəraiti nə vaxta kimi davam edəcək?
XƏBƏRLƏR

Küləkli hava şəraiti nə vaxta kimi davam edəcək?


Ölkənin bəzi bölgələrində küləkli hava davam edir.

Ekologiya.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, hazırda şimal-qərb küləyi əsir və sürəti Goranboyda 27 m/s, Bakıda və Abşeron yarımadasında 20 m/s, Naftalan və Zərdabda 18 m/s, Mingəçevirdə 16 m/s, Yevlax, Şabran və Şəkidə 15 m/s-ə çatır.

Dənizdə dalğanın hündürlüyü 2.2 metr təşkil edir.

Küləkli hava şəraiti iyunun 24-ü axşam saatlarından tədricən zəifləyəcək.

Paylaş:
Tam mətni oxu →