Tam versiya
Ana səhifə XƏBƏRLƏR Mədən qəzasında 8 nəfər həlak oldu
XƏBƏRLƏR

Mədən qəzasında 8 nəfər həlak oldu


Çinin Henan əyalətində kömür mədənində baş vermiş qəza nəticəsində 8 nəfər ölüb, daha 15 nəfər itkin düşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Sinxua” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Xilasedicilər mədəndə qalan 22 nəfərlə əlaqə yarada biliblər.

İlkin araşdırmalara görə, mədəndə 61 nəfər olub. Ərazidə xilasedicilər işləyir. Qəzaya səbəbin havalandırma sistemində baş verən qaz sızıntısı olduğu ehtimal edilir.

Paylaş:
Tam mətni oxu →