Tam versiya
Ana səhifə XƏBƏRLƏR İki gün ərzində paytaxtdan bölgələrə 500-dən çox reys həyata keçirilib
XƏBƏRLƏR

İki gün ərzində paytaxtdan bölgələrə 500-dən çox reys həyata keçirilib


İyunun 25-26-da paytaxtdan bölgələrə 16 min 485 sərnişin daşınıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən müxtəlif istiqamətlərə 513 reys həyata keçirilib.

Adi günlərdə xətlərə 200-ə yaxın reys buraxılırsa, iki gün ərzində BBAK-dan əlavə olaraq 113 reys həyata keçirilib.

Sərnişinlərin 33 faizindən çoxu biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib.

Paylaş:
Tam mətni oxu →