Tam versiya
Ana səhifə XƏBƏRLƏR Xaçmazın qar mənzərələri - FOTOREPORTAJ/FOTOLAR
XƏBƏRLƏR

Xaçmazın qar mənzərələri - FOTOREPORTAJ/FOTOLAR


Yanvarın 12-si axşam saatlarından başlayaraq Azərbaycanın şimal bölgəsinə qar yağır.

Bölgə müxbirinin xəbərinə görə, qar ən çox Quba, Qusar və Xızı ərazisinə düşsə də, bölgənin digər rayonlarında da şaxtalı və qarlı hava şəraiti müşahidə olunur.

Qubada 10, Qusarda 6, Xaçmazda isə 2 santimetr hündürlüyündə qar yağıntısı qeydə alınıb. Ən çox qar (15 sm) Qubanın Xınalıq və Qusarın Laza kəndlərində qeydə alınıb. Havanın temperaturu əvvəlki günlərlə müqayisədə 8-10 dərəcə aşağı düşüb. Hazırda bölgənin ucqar ərazilərində 10 dərəcə şaxta müşahidə olunur.

Qarın yağması park və xiyabanlarda gözəl mənzərə yaradıb.

AZƏRTAC bu gün Xaçmaz şəhərində çəkilən fotoları təqdim edir:









Paylaş:
Tam mətni oxu →