• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Leysan yağışları avtomobil yolunuda torpaq sürüşmələrinə səbəb olub

    03

    iyl

    Leysan yağışları avtomobil yolunuda torpaq sürüşmələrinə səbəb olub

    Güclü leysan yağışları Gürcüstanda ciddi problemlər yaradıb. Gürcüstanın Tsxinvali-Barisaxo-Şatili avtomobil yolunun 96-cı km-də torpaq sürüşməsi baş verib. Magistralda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

    AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan İnfrastruktur Nazirliyinin Yollar Departamenti məlumat yayıb.

    Bildirilir ki, daha bir problem ölkənin əsas turizm bölgələrindən olan Tuşetiyə gedən yolda yaranıb. Pis hava və yağışlar nəticəsində Tuşetiyə gedən yolda da nəqliyyatın hərəkəti qadağan edilib. Leçuri kəndindən 23 və 25 kilometr aralıda baş verən torpaq sürüşmələri nəticəsində yol bağlanıb.

    Daxili əhəmiyyətli Pşaveli-Abano-Omalo yolunda da bütün növ nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

    Hər üç əraziyə müvafiq texnika səfərbər edilib və hərəkətin qısa müddətdə bərpası üçün intensiv yol təmizləmə işləri aparılır.

    Laki yolun tam nə zaman açılacağı bəlli deyil. Hər şey yağışların dayanmasından asılıdır”, - deyə departamentdən bildirilib.

    Tarix : Bu gün, 15:21 | Oxunub: 144