Bakıda temperatur sıfıra düşdü: Bu ərazilərə güclü qar yağıb
Yanvarın 13-ü saat 18:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.
Ekologiya.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 26 m/s-dək, Göyçay, Neftçalada 20 m/s, Ceyrançöldə 17 m/s, Naftalanda 16 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.3 metrdir.
Havanın temperaturu: Bakıda və Abşeron yarımadasında 0 dərəcəyə yaxın, Naxçıvan MR-da 6 dərəcəyədək isti, Aran rayonlarında 9 dərəcəyədək isti, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 13 dərəcəyədək şaxta olub.
Paylaş:
Tam mətni oxu →