Ana səhifə›
XƏBƏRLƏR
›
DİN əməliyyatlar keçirdi - 57 nəfər saxlanıldı
XƏBƏRLƏR
DİN əməliyyatlar keçirdi - 57 nəfər saxlanıldı
Ekologiya
AMP
İyulun 4-də ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.Daxili İşlər Nazirliyindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 63, o cümlədən borclu şəxs qismində axtarışda olan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Bundan başqa, narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.Eləcə də, cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.