Bu quruma rəis və rəis müavini təyin olundu - FOTO
Ekologiya.az xəbər verir ki, SİMDNX-nın inzibati binasında baş tutan tədbirdə Xidmətin rəisi Rafiq Aslanovun müvafiq əmrləri səsləndirilib. Əmrlərə əsasən, 8 saylı Şərqi Zəngəzur Regional Bölməsinə Ayaz Nəcəfov rəis, Babək Məmmədov isə rəis müavini olaraq təyin olunub.
Şərqi Zəngəzur uzun illər işğal altında qalmış ərazilərimizdəndir. 30 il ərzində bu bölgədə bütün infrastruktur dağıdılmış, yaşayış mühiti tamamilə məhv edilmişdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun şücaəti ilə torpaqlarımız işğaldan azad olundu. Azad olunan ərazilərə həyat məhz o gündən etibarən qayıtmağa başladı. Hazırda Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, regionun sosial-iqtisadi dirçəlişi üçün sistemli addımlar atılır.
Paylaş:
Tam mətni oxu →