Ekologiya və təbii sərvətlər naziri üçüncü “Yüksəliş” müsabiqəsininqalibi ilə görüşüb
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev üçüncü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı üzrə müsabiqə qalibi Əsəd Qurbanzadə ilə görüşüb.
Ekologiya.az-ın xəbərinə görə. nazir qalibi təbrik edib, ona gələcək fəaliyyətində yeni uğurlar arzulayıb.
Təcrübə imkanının artırılması və potensialının üzə çıxarılması məqsədilə, birillik fərdi inkişaf planı əsasında ona Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən şərait yaradılaraq dəstək göstəriləcəyi qeyd olunub.
Qeyd edək ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Əsəd Qurbanzadənin mentorudur.
Paylaş:
Tam mətni oxu →