DETX bu rayonlarda çınqıl-qum qarışığının qanunsuz götürülməsini aşkarladı - Bir neçə şəxsə protokol tərtib olundu
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Ləkərçay çayının Lerik rayonu Piran kəndinin inzibati ərazisindən keçən hissəsində həmin kənd sakini Ramin İmanov, Viləşçay çayının Masallı rayonu Kosagül kəndinin inzibati ərazisindən keçən hissəsində həmin kənd sakini Şahin Mahmudov və Lənkəran rayonu Liman şəhərinin inzibati ərazisində Lənkəran rayonu Ürgə kənd sakini Tofiq Əsgərov tərəfindən ümumilikdə 134 m3 həcmində çınqıl-qum qarışığının qanunsuz götürülməsi faktı müəyyən edilib.
Ekologiya.az bildirir ki, faktlarla bağlı adıçəkilən şəxslər barəsində fiziki şəxs qismində protokol tərtib olunub və qanunamüvafiq qaydada inzibati məsuliyyətə cəlb ediliblər.