Laçının dağlıq ərazisidə yanğın baş verib
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Laçın rayonu, Hoçaz kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə nəzarətə götürülüb.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Paylaş:
Tam mətni oxu →