Tam versiya
Ana səhifə XƏBƏRLƏR Bu dəfə Bakı-Qazax yolunda KİA alovlandı
XƏBƏRLƏR

Bu dəfə Bakı-Qazax yolunda KİA alovlandı


Daha bir avtomobil hərəkətdə olarkən alışaraq yanıb.

Musavat.com xəbər verir ki, hadisə Bakı-Qazax yolunda baş verib.

“KİA Optima” markalı avtomobil hərəkətdə olarkən anidən alovlanıb. Yanğının maşında yaranmış texniki problemdən qaynaqlandığı bildirilir.

Qeyd edək ki, son günlər Azərbaycanda xeyli sayda avtomobil hərəkətdə olarkən alışaraq yanıb. Bunun əsas səbəblərindən biri kimi havaların isti keçməsi də göstərilir.

Paylaş:
Tam mətni oxu →