Bu gün Naxçıvanda 41 dərəcə isti qeydə alınıb
Bu saatlara olan məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin 16-sı gündüz saatlarında dağlıq ərazilərdə (Xaltan və İsmayıllıda 1 millimetrədək) qısamüddətli az yağış yağıb.
Bu barədə Ekologiya.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39, Aran rayonlarında 38, dağlıq rayonlarda 30, Naxçıvan Muxtar Respublikasında isə 41 dərəcəyədək isti qeydə alınıb.
Paylaş:
Tam mətni oxu →