Ana səhifə›
XƏBƏRLƏR
›
"8-ci kilometr" bazarının adı dəyişdi
XƏBƏRLƏR
"8-ci kilometr" bazarının adı dəyişdi
Ekologiya
AMP
Bakının Nizami rayonunda yerləşən "8-ci km Ticarət Mərkəzi"nin adı dəyişdirilib.Ekologiya.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bazar "Riko Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin idarəçiliyinə verilib.Ticarət Mərkəzi artıq bir müddətdir ki, fəaliyyətini "Riko" adı ilə davam etdirməyə başlayıb.Qeyd edək ki, "Riko Group" 2023-cü ilin oktyabrın 10-da 100 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Rəsul Rasim oğlu Hüseynlidir. MMC-nin hüquqi ünvanı "8-ci km Ticarət Mərkəzi" ilə eyni məkanda - paytaxtın Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 38 K ünvanında yerləşir.Xatırladaq ki, "8-ci km Ticarət Mərkəzi" MMC 2000-ci ildə yaradılıb və nizamnamə kapitalı 1 031 082 manat olub. MMC-yə qanuni təmsilçiliyi isə Rufat Qubad oğlu Məmmədov edib. 2023-cü ilin sonlarında "8-ci km Ticarət Mərkəzi" MMC (VÖEN -1600015371) ləğv olunduğunu elan edib və şirkət vergi ödəyicisi kimi ləğv olunub. Eyni zamanda həmin vaxt bazarın yeni adla fəaliyyət göstərəcəyi bildirilib.